Şəhərinizdə hava nə qədər istiləşib?

Dünya boyu hava istiləşir. 2019-cu ilin iyul ayı indiyədək qeydə alınmış ən isti ay ola bilər. Bu qlobusdan göründüyü kimi, son 10 ildə iyul ayının temperaturları Yerin bütün bölgələrində 1880-1900-cü illərə nisbətən artıb. Dünyanın 1000 iri şəhərində temperaturun necə dəyişdiyini və yaxın illərdə necə dəyişə biləcəyini burada öyrənə bilərsiniz.

1900-cü ildən bəri qlobal temperatur dəyişikliyini göstərən xəritə

Alimlər xəbərdarlıq ediblər ki, biz iqlim dəyişikliyinin ən ağır təsirlərindən yayınmaq üçün qlobal temperatur artımını 1.5 dərəcəyədək məhdudlaşdırmalıyıq. Bu rəqəm sənayeləşmənin geniş yayılmasından əvvəlki dövrün, yəni 1850-1900-cü illərin temperaturları ilə müqayisədə ortaya çıxıb.

Yer o vaxtdan bəri təxminən 1C dərəcə istiləşib.

Bu, böyük görünməyə bilər, lakin qlobal istiləşmə üzrə beynəlxalq IPCC təşkilatına görə, ölkələr istiləşməni məhdudlaşdırmaq üçün addımlar atmasalar, dünyamız "fəlakətli dəyişiklərlə" üzləşə bilər.

Dəniz səviyyəsi qalxacaq, bu isə yüz milyonlarla insanı evsiz qalmaq riski ilə üz-üzə qoya bilər. Quraqlıq, qızmar hava və leysan kimi kəskin hava şəraitiylə üzləşə bilərik. Düyü, qarğıdalı və taxıl kimi bitki məhsullarının taleyi risk altına düşə bilər.

Qlobal istiləşmə indiki sürətlə davam etsə, əsrin sonunadək temperatur 3-5C arta bilər.

Yaşadığınız şəhərdə temperaturun nə qədər artdığını və gələcəkdə necə dəyişəcəyini öyrənin.

Bu interaktivi görmək üçün brauzerinizi yeniləyin

Səhifənin aşağısına gedin

Bunu bir az sadələşdirək. Bu xətt hər ay üçün 10 illik orta temperaturu göstərir. {{startHighlight}}{{jul}}İyul{{endHighlight}} üçün ən son orta temperatur {{city}} şəhərində {{startHighlight}}{{rolling_avg_2018_jul}}{{endHighlight}} olub. {{startHighlight}}{{jan}}Yanvar{{endHighlight}} temperaturu {{startHighlight}}{{rolling_avg_2018_jan}}C{{endHighlight}} olub. Görəsən, 2100-cü il üçün temperaturlar necə olacaq?

Ən yaxşı ssenari 2100-cü il üçün proqnozlaşdırılan temperatur

Yanvar: {{temp}}C ({{diff}}1900-cü ildən bəri)

İyul: {{temp}}C {{diff}}1900-cü ildən bəri

Bu necə baş verə bilər?

İstixana qazı emissiyası bu əsrin əvvəllərində pik səviyyəyə çatdıqdan sonra kəskin enməlidir. Bu yolla qlobal temperatur artımını 2C-dən aşağı saxlamaq olar və emissiyanı azaltmaq üçün sərt iqlim siyasəti tələb olunur.

Orta-yüngül ssenari 2100-cü il üçün proqnozlaşdırılan temperatur

Yanvar: {{temp}}C ({{diff}}1900-cü ildən bəri)

İyul: {{temp}}C {{diff}}1900-cü ildən bəri

Bu necə baş verə bilər?

Emissiya 2040-cı ilədək pikə çatdıqdan sonra enir. Bu, iqlim dəyişikliyinin qarşısının alınması üçün hazırlanmış siyasi hədəflərin çoxu ilə uyğunlaşır.

Orta-ağır ssenari 2100-cü il üçün proqnozlaşdırılan temperatur

Yanvar: {{temp}}C ({{diff}}1900-cü ildən bəri)

İyul: {{temp}}C {{diff}}1900-cü ildən bəri

Bu necə baş verə bilər?

Bunun orta-yüngül ssenariyə bəzi oxşarlıqları var, lakin 2080-ci ilədək istixana qazlarında azalma olmur.

Ən pis ssenari 2100-cü il üçün proqnozlaşdırılan temperatur

Yanvar: {{temp}}C ({{diff}}1900-cü ildən bəri)

İyul: {{temp}}C {{diff}}1900-cü ildən bəri

Bu necə baş verə bilər?

Ən pis ssenaridə 21-ci əsr boyu emissiyaya nəzarət edilmir. Qlobal miqyasda bu, 2100-cü ilə qədər temperaturun 3-5C dərəcə artımına gətirib çıxara bilər.

Bu ssenarilərdən hansının reallaşacağı ölkələrin atacağı addımlardan asılıdır. Gələcəkdə atmosferin CO2 qazının yeni səviyyələrinə necə reaksiya verəcəyindən asılı olaraq temperaturlar daha aşağı və ya yuxarı ola bilər.

Bu nəyə gətirib çıxara bilər?

New York-un yerləşdiyi yeri göstərən qlobus
New York Amerika Birləşmiş Ştatları

8 milyondan çox əhalisi olan New York dünyanın ən böyük şəhərlərindəndir. Lakin 2012-ci ilin oktyabr və noyabrında, Sandy qasırğası zamanı olduğu kimi şəhər sahilyanı daşqınlar və qasırğa dalğaları qarşısında müdafiəsizdir. Sandy qasırğası Manhattan-a daxil olaraq metro və yol tunellərində daşqınlara, elektrik enerjisi kəsilmələrinə və 50-dən çox adamın ölümünə səbəb oldu.

İqlim dəyişikliyinin daha güclü qasırğalara səbəb ola biləcəyi güman edilir. O, həmçinin dəniz səviyyəsinin artmasına səbəb ola bilər. New York-un az qala 1500 km-lik uzunluğu olan sahilyanı coğrafiyası şəhəri iqlimin doğurduğu təsirlərə məruz qoyur. ABŞ-ın Fövqəladə Hallar Agentliyinin proqnozuna görə, bu əsrin ortalarınadək şəhərin dörddə biri - təxminən bir milyon əhalinin yaşadığı hissə - daşqın zonalarına çevrilə bilər.

Arktikanın yerləşdiyi yeri göstərən qlobus.
Arktika

Arktika iqlim dəyişikliyinin təsirlərinə olduqca həssasdır və hazırda dünyanın qalan hissələrinə nisbətən ikiqat sürətlə isinir. Odur ki, bura qlobal istiləşmənin fəsadları baxımından dünya üçün "həyəcan təbili" rolunu oynayır.

Dünyanın digər regionlarında olduğu kimi, Arktikada da hava və suyun temperaturu artır. Şimal Buzlu okeanının buz örtüyü yayda əriyir, qışda isə yenidən donur. Son onilliklər ərzində buz örtüyünün ərimə sürəti donma sürətini üstələyib, nəticədə, buz kütləsi azalıb. Dünyanın qalan hissəsinə nisbətən Arktikada temperaturun, dünyanın digər yerlərinə nisbətən daha çox dəyişməsinin səbəbi bununla bağlıdır.

Cakartanın yerini göstərən qlobus
Cakarta İndoneziya

10 milyon əhalisi olan İndoneziya paytaxtı dünyanın ən sürətlə batan şəhərlərindən biridir. Şəhərin şimal hissəsində bəzi ərazilər ildə 25 sm sürətlə batır. Bu iqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsinin qalxması və qrunt sularından istifadə nəticəsində torpağın çökməsiylə bağlıdır. Şəhəri xilas etmək üçün 32 km uzunluğunda dəniz bəndi və 17 süni ada inşa edilir. Bu işlərin ümumi dəyəri 40 milyard dollardır.

Lakin ekspertlər deyir ki, bu, müvəqqəti tədbirdir. Onlar 2050-ci ilədək qrunt sularının çıxarılmasına son qoyulmalısını və şəhərin su ehtiyacını başqa qaynaqlar hesabına ödəməyin öyrənilməsini vacib sayırlar. Lakin digər sahilyanı şəhərlərdə olduğu kimi, dəniz səviyyəsinin artması problem kimi qalacaq. Dənizdə suyun artması termal genişlənmə - əlavə istilik nəticəsində suyun genişlənməsi və qütblərdəki buzun əriməsiylə bağlıdır.